Tramvay deposu və dizel stansiyası muzeyə çevrildi

10.09.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistanın Daşkənd şəhərində 1912-ci ilə aid keçmiş tramvay deposu və dizel stansiyasının binası bərpa edilərək Özbəkistanın ilk daimi Müasir İncəsənət Mərkəzinə çevrilib.

Kulis.az xəbər verir ki, Fransanın "Studio KO" memarlıq bürosu tərəfindən yenidən layihələndirilən məkan sərgilər, tədqiqat və təhsil proqramları üçün nəzərdə tutulub.

Mərkəz fəaliyyətinə yerli və əcnəbi sənətçilərin işlərindən ibarət "Hikmah" adlı ilk sərgisi ilə başlayıb.

Qeyd edək ki, açılışda Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Quqqenhaym Fondunun rəhbəri Mariet Vestermann iştirak ediblər.




Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi? Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək Əlyazmaları məhv edildi, meşədə güllələndi... - Ədəbi yaddaşımızın xilaskarının faciəli taleyi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью