GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək uzanacaq tramvay xəttinin texniki hazırlıq işləri artıq başa çatıb.
Globalinfo.az “AzPolitika.info”ya istinadən bildirir ki, ilkin sxemə əsasən, tramvay xətti “28 Mall” ticarət mərkəzinin qarşısından keçəcək.
Bu ərazidə avtomobillərin hərəkətinin məhdudlaşdırılması, yolun əsasən ictimai nəqliyyat və velosiped zolaqları üçün nəzərdə tutulması mümkündür.
Avtomobil axınının isə paralel küçələrə yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, layihələndirmə mərhələsindən sonra tikinti işlərinə start veriləcək.
İnşa işlərini həyata keçirəcək şirkətlər tikintinin başlanmasından sonra 3 il ərzində layihəni tamamlamağı öhdələrinə götürüblər.