Icma.az, Avtosfer saytına istinadən bildirir. Özbəkistan, Pakistan və Əfqanıstan Trans-Əfqan dəmir yolunun texniki-iqtisadi əsaslandırmasını
Avtosfer.az bu barədə “Report”a istinadən xəbər verir. "Bu gün Özbəkistan və Pakistanın xarici işlər nazirlərinin başçılıq etdiyi yüksək səv
Nümayəndə heyətlərinə Özbəkistanın nəqliyyat naziri və Pakistanın dəmir yolları naziri də daxildir.
Səfərin əsas nəticəsi Trans-Əfqan dəmir yolu dəhlizinin texniki-iqtisadi əsaslandırılması layihəsinə dair sazişin imzalanması olacaq", - məlumatda bildirilib.
Sənədi Əfqanıstanın ictimai işlər naziri, Özbəkistanın nəqliyyat naziri və Pakistanın dəmir yolları naziri imzalayacaq.
İmzalanma mərasimindən əvvəl tərəflər Əfqanıstan xarici işlər nazirinin sədrliyi ilə üçtərəfli siyasi məsləhətləşmələr keçirəcək və siyasi qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq və regional sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
İmzalanma mərasimindən sonra Özbəkistan və Pakistan nümayəndələri Əfqanıstanın bir sıra yüksək rütbəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəklər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.