Trans Xəzər marşrutu ilə taxıl ixracı üç dəfə artıb

20.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Astana, 20 noyabr, AZƏRTAC

Aktauda Qazaxıstanın əsas ixracatçılarının iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 2025-ci ildə daşınmaların qiymətləndirilməsi və 2026-cı il üçün planlar” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC-ın “Rail-news.kz”ə istinadla məlumatına görə, bu ilin ilk 10 ayında TXNM marşrutu üzrə dəmir yolu daşımalarının həcmi 2,6 milyon ton təşkil edib və Qazaxıstan yük ixracının payı 74 faiz olub.

Ən böyük artım əlvan metal daşımalarında – 84 faiz, taxıl ixracında isə üç dəfə müşahidə olunub. Həmçinin, kimyəvi və mineral gübrələrin daşınması 16 faiz artıb. Qərb istiqamətində tranzit 32,4 faiz yüksəlib, bu da marşruta beynəlxalq marağın artdığını göstərir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью