Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Nyukasl"ın transfer təklifini rədd edən "Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Höjbjerg kapitanlıq sarğısını itirib.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, 31 yaşlı futbolçu "Nyukasl"a keçməkdən imtina etdikdən sonra klub rəhbərliyi onu kapitanlıqdan məhrum edib. Avqustun 14-də "Atletiko" ilə yoxlama oyununda start heyətində yer alan Höjbjerg meydana kapitan kimi çıxmayıb. Komandanı kapitan sarğısı ilə Timoti Vea meydana çıxarıb.
Bildirilir ki, "Marsel" Höjbjerg üçün təxminən 15 milyon avro tələb edib və "Nyukasl" bu məbləği ödəməyə hazır olub. Lakin danimarkalı futbolçu İngiltərə Premyer Liqasına qayıtmaq təklifini qəbul etməyib.
Qeyd olunur ki, "Marsel" maliyyə çətinlikləri səbəbindən futbolçu satışlarından gəlir əldə etməyə və maaş xərclərini azaltmağa çalışır. Bu səbəbdən Höjbjergin qərarı klub rəhbərliyində ciddi narazılıq yaradıb.