Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliya futbolunda ağır itki baş verib. 36 yaşlı yarımmüdafiəçi Bismark Vinisius faciəvi şəkildə həyatını itirib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Santa Kruz” klubunun mətbuat xidməti məlumat yayıb.
Hadisə noyabrın 6-da Riu-Qrandi-du-Norti ştatındakı barların birində qeydə alınıb. Müəssisədəki müştərilərdən biri ilə Vinisius arasında qısqanclıq zəminində mübahisə düşüb. Məkandan ayrılan şəxs az sonra odlu silahla geri dönərək braziliyalı futbolçuya ateış açıb.
Ağır yaralanan Bismark xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açıb, hücumçunun axtarışları davam etdirilir.
Karyerası ərzində “Fortaleza”, “Vila Nova”, “Nasional-AM”, “Parana” kimi klubların şərəfini qoruyan Vinisius 2010-cu ildə D Seriyasının, 2013-cü ildə isə Nordeste Kubokunun qalibi olub.
Təcrübəli oyunçu yaxın vaxtlarda “Olimpiya” klubuna qoşulmağa hazırlaşırdı.