Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Transferlərlə bağlı sualı klub prezidentinə verin” - Berdıyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev komandanın çempionluq uğrunda mübarizə aparması üçün mümkün transferlər barədə danışıb.
QOL.az xəbər verir ki, o, Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra bu barədə ünvanlanan sualı cavablandırıb. O, jurnalistin "Çempionluq uğrunda mübarizə aparmaq üçün komandaya hansı mövqelərə transferlər lazımdır" sualına belə cavab verib..
“Transferlərlə bağlı sualları mənə ünvanlamaq lazım deyil. Yaxşı olar ki, bu sualı klub prezidentinə verəsiniz. Mən bu məsələlərlə məşğul olmuram”.