Transfermarkt Arauxonun zədəsi kimi depressiyanı göstərib

04.12.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona”nın müdafiəçisi Ronald Arauxo depressiya səbəbindən komandasının qarşıdakı oyunlarını buraxacaq.

Bu barədə İdman.Biz Transfermarkt-ə istinadən bildirir.

İspaniya mediası əvvəllər uruqvaylı futbolçunun zehni sağlamlığını bərpa etmək üçün klubdan əlavə istirahət istədiyini bildirmişdi.

Transfermarkt-da oyunçunun profilində Arauxonun zədəsi kimi depressiya göstərilir. Kataloniyalı müdafiəçinin sağalma müddəti göstərilməyib.

Arauxo cəza səbəbindən 9 dekabr çərşənbə axşamı günü “Barselona”nın UEFA Çempionlar Liqasında “Olimpiakos”a qarşı keçirəcəyi matçı buraxacaq. Daha əvvəl bildirilmişdi ki, müdafiəçinin psixoloji çətinlikləri Çempionlar Liqasında “blauqrana”nın “Çelsi”yə 3:0 hesabı ilə məğlub olduğu oyunda meydandan qovulmasından sonra başlayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью