Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az Report-a istinadən xəbər verir ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılmış elektrik paylayıcısında qəfil partlayış olub.
Hadisə nəticəsində elektrik avadanlığında yanğın yaranıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.