Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Transformerlər" filminin ulduzu, amerikalı məşhur aktyor Şaya Labafla həyat yoldaşı, aktrisa-model Mia Qot boşanıb.
Axşam.az xəbər verir ki, 32 yaşlı aktrisa 40 yaşlı aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib. Ayrılığın səbəbi kimi barışmaz fikir ayrılıqları göstərilib. Sənədlərdə cütlüyün 28 iyul 2025-ci ildə boşandığı qeyd olunub.
Qeyd edək ki, Şaya və Mia 2012-ci ildə "Nimfoman" filminin çəkilişlərində tanış olub. 2016-cı ildən ailə quran cütlük 2 il sonra ayrılmağa qərar versə də, bir müddət sonra yenidən barışıblar. Cütlüyün 2022-ci ildə İzabel adlı qızı dünyaya gəlib.