Transgenderlərə YENİ QADAĞA: “Bundan sonra…” KONKRET

01.05.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol Assosiasiyası 1 iyun 2025-ci ildən etibarən transgender qadınların futbolda iştirakını qadağan edəcəyini açıqlayıb. 

KONKRET.az xəbər verir ki, FA bundan əvvəl transgenderlərə müəyyən edilmiş testosteron səviyyəsini aşmamaq şərtilə qadın futbolunda oynamağa icazə verirdi.

Lakin Ali Məhkəmənin qərarını nəzərə alaraq Assosiasiya mövcud siyasətini yenidən nəzərdən keçirib və dəyişiklik etmək qərarına gəlib.

FA-nın bildirdiyinə görə, bu dəyişiklik hazırda qeydiyyatda olan təxminən 20 transgender qadın futbolçuya təsir edəcək.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью