Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
“Bildiyiniz kimi, hüquq sistemində cinayət məsuliyyəti əsasən fiziki şəxslərə aid edilir. Bəs, məsələn, Microsoft şirkəti korporativ fəaliyyət nəticəsində baş verən əməllərə görə hər hansı məsuliyyət daşımalıdırmı? Yaxud Pfizer Europe şirkəti cinayət xarakterli əməllərə görə məsuliyyət daşıya bilərmi?”
Redaktor.az xəbər verir ki, bu sözləri “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti, beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Nəcibə Mustafayeva bildirdi.
“Burada söhbət transmilli şirkətlərin və digər qeyri-dövlət subyektlərinin məsuliyyətinə dair hüquqi yanaşmalardan gedir. Beynəlxalq hüquq bu məsələyə bəzən həddindən artıq sadələşdirilmiş şəkildə yanaşır. Bəlkə də artıq bu sahədə konkret və əsaslandırılmış həll yollarını müzakirə etməyin vaxtıdır.
Bəlkə də seçkilərə, qəbilələrarası münasibətlərə və iqtisadi proseslərə birbaşa müdaxilə edə bilən transmilli şirkətlər kimi qeyri-dövlət subyektlərinin məhdud da olsa, beynəlxalq hüquqi subyektliyini tanımaq lazımdır.
Təəssüf ki, belə şirkətlər dünyanın müxtəlif bölgələrində soyqırımı və müharibə cinayətləri kimi beynəlxalq cinayətlərin törədilməsinə dəstək verməkdə, o cümlədən müxtəlif tərəflərə maliyyə yardımı göstərməkdə ittiham oluna bilirlər”.
Aytəkin TOFİQQIZI