Transmilli şirkətlər Venesuela neftinə maraq göstərmir

12.01.2026

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın tanınmış neft şirkətləri Venesuelaya kütləvi sərmayə qoymaqda maraqlı deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətlərin rəhbərləri ABŞ Prezidenti Donald Trampla görüşdə bildiriblər. Görüşdə “ExxonMobil”, “Chevron”, “ConocoPhilips” (ABŞ), “Repsol” (İspaniya) və ENI (İtaliya) şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Nümayəndələr bildiriblər ki, onların aktivləri Venesuelada 2 dəfə müsadirə edilib. Bu ölkəyə üçüncü dəfə geri qayıtmaq üçün ciddi dəyişikliklər zəruridir. Hazırkı vəziyyətdə Venesuelaya sərmayə qoymaq mümkün deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью