Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Fulhem" klubunun ispaniyalı hücumçusu Adama Traore karyerasını "Vest Hem"də davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb. Klub Qvido Rodrigezin komandadan ayrılaraq "Valensiya"ya keçməsindən sonra heyəti Traore ilə gücləndirmək qərarına gəliblər.
London təmsilçisi ispaniyalı futbolçunun komandanın oyun sisteminə ideal şəkildə uyğun gəldiyini düşünür. Məlumata görə, artıq həm futbolçu, həm də "Fulhem"lə razılıq əldə olunub və transferin rəsmiləşməsi son mərhələdədir.
Qeyd edək ki, Traore "Fulhem"dəki uğursuz mövsüm startından sonra yeni klubunda daha çox oyun praktikası qazanmağı hədəfləyir. O, cari mövsümdə meydana çıxdığı 20 qarşılaşmada cəmi 580 dəqiqə şans qazanıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.