Travmatoloq uşaqlar üçün faydalı qidaları açıqladı

09.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kalsiumla zəngin qidalar uşaqların sümük sağlamlığı üçün xüsusilə vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, uşaqların sağlam böyüməsi və sümük sisteminin düzgün inkişafı üçün balanslı qidalanmaya xüsusi diqqət yetirilməlidir.

Onun sözlərinə görə, uşaqların qida rasionunda kalsiumla zəngin məhsullar mühüm yer tutmalıdır.

"Xüsusilə kəsmik, pendir və digər süd məhsullarının qəbulu faydalıdır. Ən əsası kalsiumla zəngin olan qidalardır. Kəsmik, pendir və bu kimi məhsullar kalsium baxımından zəngindir və uşaqlar üçün çox önəmlidir”, - deyə İ.Şıxbabayev vurğulayıb.

Travmatoloq həmçinin yod və müxtəlif minerallarla zəngin qidaların da uşaqların qidalanmasında yer almasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, ət və balıq məhsulları, eləcə də müxtəlif göyərtilər faydalı qida mənbələrindəndir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью