Traxtur İsfahan komandasını məğlub etdi

07.02.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təbrizin "Traxtur" futbol komandası İran Premyer Liqanın 19-cü həftəsinin oyunları çərçivəsində yeni qarşılaşmasını keçirib.

Gunaz.tv

Fevralın 6-ı yerli vaxtla saat 16:10-da Təbriz təmsilçisi İsfahanın "Zob ahən" komandası ilə üz-üzə gəlib.

İsfahanın "Fuladşəhr" stadionunda keçirilən oyunda Azərbaycan təmsilçi 1-0 hesablı qələbə qazanıb

Bununlada xallarını 41-ə çatdıran "Traxtur" liderliyini qoruyub saxlayıb. İsfahanın "Zob ahən" komandası isə 24 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, stadiona toplaşan çox sayda qaşqay türkü qarşılaşma boyunca Təbriz təmsilçisini fasiləsiz alqışlayıb, dəstək nümayiş etdiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью