Traxtur özbək futboolçunu heyətinə cəlb etmək istəyir

16.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Təbrizin "Traxtur" İdman Klubu Özbəkistan millisinin yarımmüdafiəçisi Odil Həmrabekovu komandaya cəlb etmək niyyətindədir.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Özbəkistan millisində 65 beynəlxalq oyun keçirən 28 yaşlı futbolçu "Traxtur"un yarımmüdafiəsini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdə tutulub.

Razılaşma baş tutsa bu, cari mövsümdə "Traxtur"a cəlb olunacaq beşinci xarici oyunçu olacaq.

Həmrabekov bundan əvvəl Tehranın "Perspolis" və "İstiqlal" komandalarında da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью