Trek velosipedi üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

05.07.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyalı üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 6 gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 idmançımız çıxış edəcək.

Əsas diqqətçəkən məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır. Belə ki, Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.

Digər idmançılara gəlincə, U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью