“Trend” 31, “Modern” 17 yaşında

01.09.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu gün Modern.az saytının ad günüdür. 

“Qafqazinfo” xəbər verir ki, Modern.az saytının yaranmasından 17 il ötür.

2009-cu ilin sentyabrın 1-də fəaliyyətə başlayan sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Bu gün həm də “Trend” İnformasiya Agentliyinin yaranmasından 31 il ötür.

“Trend” 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb.

Agentlik Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malikdir.

“Trend” Azərbaycan dili də daxil olmaqla, ümumilikdə 5 dildə xəbərlər istehsal edir.

Həmkarlarımızı təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью