Trend olan mahnı hansı mesajları verir? Türkiyə hakimiyyətinə şikayət

02.02.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlar “TikTok”un Türkiyə və Azərbaycan seqmentində populyarlaşan “Havhavhav” mahnısı ilə bağlı Türkiyə Prezidentinin mətbuat xidmətinə şikayətlər ünvanlanıb.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə KİV-də xəbərlər yayılıb.

Türkiyə hakimiyyətinə daxil olan sorğuda sözügedən mahnının yayımdan çıxarılması tələb olunub.

Şikayətə mahnının gənclərə pis nümunə olması səbəb göstərilib.

Qeyd edək ki, trendə çevrilən mahnı boyu qadın bədəni alçaldılır, onlara qarşı təhqiredici ifadələr işlədilir.

Trekin sözlərinin müəllifi və ifaçısı “Lvbel C5” ləqəbli reperdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью