Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Bir neçə gündür sosial şəbəkələrdə yeni trend yayılıb. Bir çoxları xüsusi proqramların köməyi ilə öz fotolarını 1980-ci illərin ab-havasına uyğun şəkildə yenidən hazırlayırlar.
Axşam.az xəbər verir ki, retro görüntülərə maraq qısa müddətdə geniş auditoriyanın diqqətini çəkib. Şou-biznes nümayəndələri arasında da trendə qoşulanların sayı az olmayıb.
Onlar proqram vasitəsilə saç düzümündən geyim tərzinə, makiyajdan foto effektlərinə qədər bir çox detalı dəyişərək özlərini 80-ci illərin dəbinə uyğunlaşdırıblar.