Trent Aleksander Arnold “Real Madrid”dən ayrılacaq?

14.11.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnoldun qış transfer pəncərəsində komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Apasport.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ingiltərəli futbolçunun “Liverpul”a qayıdacağı barədə iddiaları təkzib edib.

Onun sözlərinə görə, 28 yaşlı müdafiəçinin sabiq klubuna qayıtması gündəmdə deyil. “Liverpul” rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında hər hansı əlaqə və ya rəsmi danışıqlar olmayıb.

Bildirilir ki, Aleksander-Arnold hazırda bütün diqqətini “Real Madrid”dəki çıxışına yönəldib.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Trent Aleksander-Arnold 2025-ci ilin yayında Madrid təmsilçisinə keçib.

Premyer Liqa: De Zerbi ötən ayın ən yaxşısı seçilib “Fənərbaxça”da Ake şoku - YENİDƏN ZƏDƏLƏNDİ “Mançester Yunayted”in yeni baş məşqçisi açıqlandı İspaniya Superkuboku Türkiyədə: Oyunların təqvimi Fransa – Türkiyə matçının hakimi bəlli oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью