Trent Alexander Arnold Real Madrid la müqavilə imzaladı

30.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Real Madrid", "Liverpul"un gənc futbolçusu və İngiltərə millisinin müdafiəçisi Trent Alexander-Arnold ilə müqavilə imzaladığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, futbolçu klub ilə 2031-ci ilin iyunun sonuna kimi müqavilə imzalayıb.

Xatırladaq ki, mayın 5-də futbolçu "Liverpul"dan ayrıldığını açıqlayıb. 26 yaşlı Trent Mersisaydlıların heyətində 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.

Daha əvvəl bildirilirdi ki, "Liverpul" Alexander-Arnold-u Klublararası Dünya Çempionatı öncəsi "Real Madrid"ə buraxmaq niyyətində deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью