Trentin gedişinə görə məyusam Arne Slot

09.05.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul"un baş məşqçisi Arne Slot "Real Madrid"lə anlaşdığı deyilən cinah müdafiəçisi Trent Aleksander-Arnoldun komandanı tərk etmək qərarına gəlməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Mən də bütün "Liverpul"u sevənlər, bu komandaya azarkeşlik edənlər kimi düşünürəm. Trentin gedişinə görə məyusam, çünki klubu yalnız yaxşı insan yox, çox-çox yaxşı müdafiəçi tərk edir. Mən daha öncə "AZ Alkmar" və "Feyenoord"un baş məşqçisi olmuşam. O klublarda hər mövsümün sonunda vacib oyunçuları itirirdik. Yəni belə şeylərə öyrəşmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, komandadan bir çox yaxşı futbolçu gedirsə, onun yerinə də çox yaxşısı gəlir. Belə də olacaq".

Xatırladaq ki, Aleksander-Arnold bazar ertəsi "Liverpul"dan ayrılacağını açıqlayıb.

Nihat 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью