“Trenyol”da karqo qiymətləri artıb? AÇIQLAMA KONKRET

11.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Trendyol” Türkiyədən gətirilən məhsulların karqo qiymətlərinin artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. 

KONKRET.az xəbər verir ki, şirkətdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşınma xərclərində heç bir artım yoxdur.

Qeyd: “Trendyol”la Türkiyədən gətirilən  məhsulların karqo qiymətlərində ən aşağı desi qiyməti 79,99 TL (3 manat 96 qəpik) təşkil edir. Qiymətlər bağlamaların həcminə görə 5 kateqoriya üzrə formalaşır və ölçüsündən asılı olaraq 79,99 TL, 99,99 TL, 199,99 TL, 299,99 TL və 399,99 TL arasında dəyişir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью