Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Aybəniz Haşımova Romadakı məşhur Trevi fəvvarəsində olub.
Axşam.az xəbər verir ki, sənətçi fəvvarənin qarşısında Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.
Aybəniz Haşımova sosial şəbəkədə video paylaşaraq "Aynişanım, bu gözəlliyi göstərməklə sanki mənə bütün dünyanı bağışladın. Çox sağ ol. Yəqin ki, tanrımın qarşısında kiçik də olsa, bir yaxşı əməlim olub ki, sənin kimi məni düşünən, sevən bir övlad bəxş edib mənə. Çox şükür Tanrıma ki, səni mənə verib. Allah səni mənə çox görməsin, canım balam" sözlərini yazıb.