Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Aquatlon üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan triatlon millisi İspaniyaya yola düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyası məlumat yayıb.
Bildirilib ki, iyulun 18-də keçiriləcək yarışda yığmamızın heyətində iki idmançı mübarizə aparacaq.
Yeniyetmələrin yarışında Əli Rzazadə, U-23 yaş kateqoriyasında isə Leyla Abduləzizova Azərbaycanı təmsil edəcək.