Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yohan Kroyffun şərəfinə onun adını daşıyan stadionda yeni heykəl qoyulub.
Abidə Niderland futbolunun əfsanəsinin 78 illiyi münasibətilə açılıb. Bürüncdən hazırlanmış heykəl kral lojasının üzərindəki eyvanda yerləşdirilib. Kroyff fiquru stadionun meydanına baxaraq əli ilə ora işarə edən vəziyyətdə təsvir olunub. “Bu bürünc heykəl Kroyfun baxışlarını, işinə olan sədaqətini və futbol dünyasına - həm oyunçu, həm də məşqçi kimi - misilsiz töhfəsini daim xatırladacaq bir simvoldu” - deyə “Ayaks”ın yaydığı məlumatda qeyd olunub.
Kroyf 2016-cı il martın 24-də xərçəng xəstəliyindən vəfat edib. “Ayaks”ın stadionu 2018-ci ildən onun adını daşıyır.