Tribunada müəmmalı ritual, meydanda 90+5 ci dəqiqə qolu VİDEO

18.06.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DÇ-2026-nın Qana - Panama qarşılaşmasında tribunada qeydə alınan qeyri-adi görüntülər diqqət çəkib.

İdman.Biz xəbər verir ki, matçın əvvəlində qanalı azarkeşlərdən bir neçəsinin əllərindəki tozu havaya səpərək müəyyən hərəkətlər etdiyi kameralara düşüb.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər bunu “sehr ritualı” kimi təqdim ediblər.

Qarşılaşmada uzun müddət hesab açılmayıb. Qana yığması qələbə qolunu yalnız 90+5-ci dəqiqədə vurub. Sürətli əks-hücumdan sonra Brendon Tomas-Asantenin ötürməsini Kaleb Yirenki tamamlayaraq komandasına 1:0 hesablı qələbə qazandırıb.

Son dəqiqə qolundan sonra tribunadakı görüntülər yenidən gündəmə gəlib. Sosial şəbəkə istifadəçiləri “sehr işə yaradı” və “ritualın təsiri 95-ci dəqiqədə göründü” kimi zarafatlı şərhlər yazıblar.

Qeyd edək ki, bu, 20 yaşlı Kaleb Yirenkini Qana millisinin heyətində rəsmi oyunlarda vurduğu ilk qol olub. Qana qazandığı üç xalla L qrupunda İngiltərə ilə birlikdə liderlər sırasında yer alıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью