Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Stokholm Arbitraj Tribunalı "Ermənistan Elektrik Şəbəkələri" işi üzrə Karapetyan ailəsinin vəsatətində irəli sürülən tələbləri tamamilə rədd edib.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında deyilir.
Qeyd olunur ki, məhkəmə tələb olunan təminat tədbirlərinin əsassız olduğu qənaətinə gəlib.
Məlumatda bildirilir ki, Stokholm Arbitraj Tribunalı 24 dekabr 2025-ci il tarixində Liormand Holdings Limited, Samvel Karapetyan, Eteri Karapetyan, Sarkis Karapetyan və Karen Karapetyan tərəfindən təqdim edilən vəsatəti tam şəkildə rədd edib.
Vəsatət çərçivəsində Arbitraj Tribunalından, digər məsələlərlə yanaşı, Ermənistan Respublikasının 22.07.2025-ci il tarixli fövqəladə arbitrin (Emergency Arbitrator) qərarını icra etmədiyinin təsdiqlənməsi, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin lisenziyasının və idarəetmə orqanlarının səlahiyyətlərinin bərpası, həmçinin təyin edilmiş müvəqqəti idarəçinin səlahiyyətlərinə xitam verilməsi tələb olunurdu. Bundan əlavə, tribunalın EEŞ-nin səhmlərinin və ya digər aktivlərinin məcburi satışını, özgəninkiləşdirilməsini və ya başqa üsullarla sərəncam verilməsini qadağan etməsi də istənilirdi.
Arbitraj Tribunalı həmçinin bu vəsatətin baxılması ilə bağlı bütün xərclərin tam şəkildə iddiaçıların üzərinə qoyulmasına qərar verib.
Ayxan
Milli.Az