Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
“Qəzza xalqı üçün vəziyyət çıxılmazdır və təcili müdaxilə lazımdır”.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qəzza Tribunalının sədri, BMT-nin Fələstin üzrə keçmiş məruzəçisi Riçard Falk İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
Falk Qəzza Məhkəməsinin Türkiyə hökumətinin Qəzzadakı soyqırımı qınamasını alqışladığını bildirib: “Bu qınama, demək olar ki, bütün digər hökumətlərdən, xüsusilə qlobal şimalda daha ardıcıl, daha güclü və təsirli oldu. Bu, təqdirəlayiqdir”.
ELÇİN