Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxır. Yığmamız səfərdə Lixtenşteyn seçməsinin qonağıdır.
Həlledici qarşılaşmadan öncə “Futbolpress.az” olaraq tribunada olan azərbaycanlı və onlarla birlikdə millini dəstəkləyən türkiyəli azarkeşlərin fikirlərini, oyunla bağlı gözləntilərini öyrəndik.
Matçdan əvvəl fanatlarımızın həyəcanını və dəstəyini əks etdirən eksklüziv videoreportajı təqdim edirik: