Trilyonluq büdcəsi olan şirkətlər Azərbaycandadır

26.09.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür.

Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər. Müzakirələrdə "BlackRock/GIP", "Franklin Templeton", PGIM, "Brookfield", KKR, "Ares", "Neuberger Berman" kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar təmsil olunur.

Forumda iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatır. Bu miqyasda qlobal investorların Bakıda bir araya gəlməsi Azərbaycanın investisiya imkanlarına marağın göstəricisi olmaqla yanaşı, ölkəmizin iri beynəlxalq kapital üçün təqdim etdiyi imkanların tanıdılması, birbaşa əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi baxımından mühüm fürsətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью