Trinkao İngiltərəyə keçə bilər

03.03.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sporting"in vingeri Fransisko Trinkao İngiltərə Premyer Liqasının nəhənglərinin maraq dairəsinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Qeyd edilib ki, "Mançester Yunayted" və "Mançester Siti" qarşıdakı transfer pəncərəsində portuqaliyalını transfer etməyi düşünür.

"Sportinq" 25 yaşlı futbolçunu saxlamaq və ona yeni müqavilə təklif etmək niyyətindədir.

Hazırkı müqavilənin müddəti 2026-cı ilin ortalarında bitir.

Fransisko Trinkao bu mövsüm 40 matçda 9 qol vurub, həmçinin komanda yoldaşlarına 13 məhsuldar ötürmə edib.

"Transfermarkt" Trinkaonun dəyərini 27 milyon avro olaraq qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью