Tripolidə etirazçılar atəşə tutuldu

17.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Liviya Milli Razılıq Hökumətinə sadiq silahlı qruplar Tripolidə etirazçıları atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə “Əl Marsad” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə minlərlə nümayişçinin istefasını tələb etdiyi baş nazir Əbdül Həmid Dbeybənin qərargahı yaxınlığında baş verib.

Qeyd edək ki, son bir neçə gündə paytaxt Tripolidə vəziyyət yenidən gərginləşib, tərəflər arasında silahlı toqquşmalar yaşanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью