Tripolidə silahlı toqquşmalar baş verib, yaralananlar var

13.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Liviyanın paytaxtı Tripolidə baş verən qarşıdurmalarda ən azı 6 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Liviya təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, paytaxt Tripolidə altı nəfər yaralanıb.

Bundan əvvəl fövqəladə hallar xidməti şəhərdə yüksək hazırlıq rejimi elan edib. Toqquşmalarla bağlı fövqəladə vəziyyət zamanı bir neçə təcili yardım maşını və tibbi briqadalar hazırlanıb.

Tripolidə hadisələrin gərginləşməsinə baş qərargah rəisi Abdelqani əl-Kiklinin öldürülməsi səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью