Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“TRIPP layihəsi (“Tramp marşrutu” və ya Zəngəzur dəhlizi) Mərkəzi Asiyanı və Cənubi Qafqazı Qərblə birləşdirəcək.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidentinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor Bişkekdə keçirilən B5+1 biznes konfransında deyib.
Onun sözlərinə görə, bu, regionda güclü şəkildə bir-biri ilə əlaqəli iqtisadiyyatların yaradılması və davamlı sülhün qorunması istiqamətində tarixi bir addımdır:
“Ermənistan və Azərbaycanı bir araya gətirən tarixi sülh sammitindən bəri biz “Tramp marşrutu”nu irəli aparmağa davam etmişik. Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Qərbə birbaşa nəqliyyat əlaqəsi təmin edəcək. Bu, güclü, qarşılıqlı əlaqəli iqtisadiyyatlar qurmaq və regionda davamlı sülhü qorumaq üçün tarixi bir addımdır”.
Qor qeyd edib ki, yeni nəqliyyat dəhlizi Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Qərb bazarları ilə birləşdirəcək və bu da regionda iqtisadi inteqrasiyaya və sabitliyə töhfə verəcək. Qor həmçinin Mərkəzi Asiyanın Tramp administrasiyası üçün strateji əhəmiyyətinə diqqət çəkib və forumda Amerika biznesinin iştirakının misli görünməmiş miqyasından bəhs edib.