Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
TRİPP dəmir yolu marşrutu hələ Sovet dövründə Ermənistanın cənubunda mövcud olan bir xətt boyunca uzanacaq.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramının təqdimatında deyib.
“Dəmir yolu marşrutu Ermənistanın cənub sərhədi, Araz çayı sahili boyunca Nrnadzor (Nüvədi)-Aqarakdan (Əkərək) keçəcək”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, dəmir yolu Ermənistanı Azərbaycan vasitəsilə Rusiya və Orta Asiya ölkələri ilə birləşdirəcək. Yük qatarları Əkərəkdən Naxçıvana hərəkət edəcək.