Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Baş nazir Nikol Paşinyan ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Donald Tramp və vitse-prezident Cey Di Vensə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti məktubların mətnini yayıb.
Trampa ünvanlanan məktubda Paşinyan ABŞ prezidentinin Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması prosesindəki liderliyinin əhəmiyyətini vurğulayıb. O, iki ölkənin artıq üzərində işlədiyi TRIPP layihəsinin regionda sülhün təminatına çevrilə biləcəyini və inkişafı sürətləndirəcəyini bildirib.
Vensə göndərilən təbrikdə isə azadlıq və müstəqillik dəyərlərinin ABŞ dövlətçiliyinin və xarici siyasətinin əsasını təşkil etdiyi qeyd olunub.