“TRIPP layihəsi üzrə danışıqlar ləngiyir, səbəb isə…” Paşinyan

16.10.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ ilə  “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə danışıqların müvəqqəti olaraq ləngidiyini bildirib.
Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinq zamanı danışıb.
 

O, buna səbəb kimi ABŞ administrasiyasının Ukrayna ətrafındakı vəziyyət və Yaxın Şərqdəki hadisələr kimi digər beynəlxalq proseslərə cəlb olunmasını göstərib.


“Buna baxmayaraq, layihə üzərində işlər davam edir. Hazırkı mərhələdə tərəflər layihənin məzmun hissəsini işləyib hazırlayır və müxtəlif komponentləri vahid sənəddə birləşdirirlər”, - Paşinyan deyib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью