TRIPP lə bağlı mühüm qərar: Bu gün elan ediləcək

23.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu gün ABŞ Nyu-York şəhərində TRIPP layihəsinə həsr olunmuş tədbir keçirəcək. Bu tədbirdə Vaşinqton Trans-Xəzər Sahibkarlıq Fondunun yaradılmasını elan etmək niyyətindədir. 

“Cebhenfo.az” xəbər verir ki, bu barədə Azad Avropa/Azadlıq Radiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu öz “Facebook” səhifəsində məlumat verib: "ABŞ TRIPP-in institusional inkişafında növbəti addımla eyni vaxtda Trans-Xəzər Sahibkarlıq Fondunun yaradılmasını elan etmək niyyətindədir. Tədbirdə 40-dan çox şirkətin nümayəndələrinin, eləcə də Ermənistan, Azərbaycan və Orta Asiya ölkələrindən - C5-dən olan nümayəndələrin iştirakı gözlənilir”.
Trans-Xəzər Sahibkarlıq Fondu fondun rəsmi hüquqi adıdır və daha çox TRIPP+ kimi tanınır.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: TRIPP qərar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью