Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gələn ay Azərbaycan və Ermənistana səfəri regiondakı siyasi və iqtisadi vəziyyət baxımından diqqət çəkir.
Qeyd edək ki. ABŞ Prezidenti Donald Tramp bildirib ki, səfərin əsas məqsədi sülh səylərini gücləndirmək və TRIPP marşrutunu irəlilətməkdir.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, TRIPP və ABŞ faktoru çox mühüm məsələdir.
O qeyd edib ki, bu, daha çox Ermənistanın suverenliyindən deyil, onun suverenliyini dəstəkləməsindən çox siyasi məqsədlərlə bağlıdır. Məhz Vinsin səfəri də bu kontekstdə diqqət çəkir:
“Zəngəzur dəhlizi ilə bağlı məlum məsələ var ki, iddiaya görə, 74% pay ABŞ-a, qalan 26% isə Ermənistana verilməsi nəzərdə tutulur. Burada həll olunması və müzakirə edilməsi vacib olan məsələlər var. Bu, ABŞ tərəfindən aparılan ciddi siyasətin bir hissəsidir.
Modul tipli atom elektrik stansiyası məsələsi də öz risklərini daşıyır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycanın elektrik şəbəkələri birləşdiriləcək, vaxtilə Cənubi Qafqazda olduğu kimi.
Metamorun bağlanması Rusiyanın bölgədəki son texnoloji dayaqlarından birinin itirilməsi deməkdir. Atom elektrik stansiyası deyildikdə, burada əsasən Rusiya nəzərdə tutulur. Vaxtilə Avropa Birliyi Ermənistan hakimiyyətinə təxminən 4 milyard avro vəsait ayırmaq fikrində idi ki, bu stansiya bağlansın, çünki köhnə texnologiya ilə işləyir və potensial problemlər yarada bilər.
Bu məsələ yalnız regional üçün vacib deyil. Türkiyə də dəfələrlə bəyan edib ki, stansiya bağlanmalıdır. Lakin ABŞ üçün bu, enerji məsələsi deyil, geosiyasi layihədir. Ermənistan burada tərəfdaş kimi deyil, platforma rolunu oynayır və vasitə kimi istifadə olunur. Bu səbəbdən qərarlar daha çox siyasi xarakter daşıyır, iqtisadi deyil”.
Banu