TRIPP üzrə Ermənistan Amerika birgə şirkəti yaradılacaq

04.06.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-da TRIPP şirkətinin yaradılması təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional qarşılıqlı əlaqəni dəstəkləmək məqsədi daşıyan TRIPP-in inkişaf şirkəti - Ermənistan-Amerika birgə müəssisəsinin yaradılmasını təsdiqləyib.

Korporasiyaya görə, şirkət dəmir yolları, yollar, boru kəmərləri və s. daxil olmaqla əsas infrastruktur proqramlarının həyata keçirilməsinə dəstək verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью