Trippyer “Vulverhempton”a keçdi

09.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin “Vulverhempton” futbol klubu heyətini təcrübəli futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Kiran Trippyer azad agent kimi “canavarlar”a keçib.

35 yaşlı sağ cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb. Sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Trippyer ötən mövsümün sonunda “Nyukasl”dan ayrılıb. O, 2022-ci ilin yanvarında bu komandaya keçib və klubun son illərdəki yüksəlişində vacib rol oynayıb.

“Vulverhempton” yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью