Tristan Muhader: Azərbaycanın rəqəmsal infrastruktur inkişafı qonaqpərvərlik sektorunun rəqabət qabiliyyətini artırır

27.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın son illərdə rəqəmsal infrastruktur sahəsində əldə etdiyi uğurlar və genişzolaqlı internetə demək olar ki, universal çıxış təminatı ölkənin qonaqpərvərlik sektorunun beynəlxalq biznes tədbirləri və yüksək dəyərli turistləri cəlb etmək imkanlarını gücləndirir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Ookla” şirkətinin Yaxın Şərq və Afrika bölgəsi üzrə vitse-prezidenti Tristan Muhader bildirib.

Vitse-prezident qeyd edib ki, müasir qonaqpərvərlik təcrübəsinin əsas elementi etibarlı, sürətli və sabit “Wi-Fi” bağlantısıdır.

“Bu, hotellərin brend vədinin bir hissəsi olmaqla yanaşı, qonaqların gözləntilərinin ödənilməsində həlledici rol oynayır. Sadəcə internetin mövcudluğu kifayət etmir, bağlantının sürəti, sabitliyi və qonaqların gözləntilərinə uyğunluğu da ölçülməli və təmin edilməlidir. Buna görə də hotellərdə və digər qonaqpərvərlik müəssisələrində etibarlı bağlantının təmin olunması üçün təsdiqlənmiş standartların tətbiqi və monitorinq mexanizmlərinin yaradılması vacibdir. Bu cür çərçivələr yalnız qonaqpərvərlik sektorunu deyil, bağlantıya əsaslanan digər sahələri də əhatə edərək, onların xidmət keyfiyyətini ölçmək və inkişaf etdirmək imkanını yaradır”, - deyə vitse-prezident vurğualyıb.

T. Muhaderin sözlərinə görə, Azərbaycanın rəqəmsal infrastruktur sahəsindəki irəliləyişi ölkənin beynəlxalq tədbirlər və turistlərin diqqətini cəlb etmək potensialını artırır və sektorda rəqabət üstünlüyü təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью