Troya atı nı orada sürə bilməyəcək POLİTOLOQ ŞƏRH ETDİ | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. "Avropa İttifaqı artıq başa düşür ki, onun üçün Ermənistanda yolun sonudur.
Yəni, durum budur. Əvvəlki – belə deyək – "Troya atı"nı orada sürə bilməyəcək. Bunu yaxşı anlayır.
Mümkün qədər çalışırdı ki, oradakı imkanlarını artırsın, amma artıq məsələ bəllidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları məsələyə əl qoyduğu üçün Avropa İttifaqı burada bir qədər geri planda qalıb.
Məncə, bu vəziyyət Avropa İttifaqını məcbur edəcək ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda formalaşdırmaq istədiyi özünə məxsus missiyanı dayandırsın və ABŞ-ın Azərbaycan və Ermənistanla imzaladığı anlaşmalara uyğun davranmağa məcbur olsun: "Təbii ki, Avropa İttifaqı daxilində əsas oyunçulardan biri olan Fransa üçün bu uyğun deyil, bu ona sərf etmir.
Amma istər istəyərək, istər istəməyərək də olsa, Fransa anlayır ki, həm Avropa İttifaqı adından, həm də öz adından ABŞ qarşısında davam gətirə bilməyəcək.
Bu səbəbdən də Cənubi Qafqaz siyasətində geri addımlar atacaq.
Tam oxu
Xəbəri oxu