TRT də ciddi şərhçi səhvi: DÇ 2026 dan uzaqlaşdırıldı Video

16.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TRT-də yayımlanan İran - Yeni Zelandiya oyunu zamanı baş verən ciddi şərhçi səhvi narazılıq doğurub.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, DÇ-2026-nın G qrupunda keçirilən qarşılaşmanın şərhçisi Murat Ekrem Çimen ilk dəqiqələrdə komandaları bir-biri ilə səhv salıb.
Təxminən 4 dəqiqə ərzində İranın hücumları Yeni Zelandiyanın, Yeni Zelandiyanın hücumları isə İranın hücumları kimi təqdim olunub. Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bundan sonra TRT rəsmi açıqlama yayaraq tamaşaçılardan üzr istəyib. Kanal həmçinin hadisə ilə bağlı xidməti araşdırmaya başlanıldığını açıqlayıb.
Məlumata görə, 30 ildən çox təcrübəyə malik olan Murat Ekrem Çimen ABŞ-dakı dünya çempionatı yayım qrupundan çıxarılıb və turnirin qalan oyunlarında çalışmayacaq.
Türkiyə mətbuatının yazdığına görə, təcrübəli şərhçi baş verən hadisədən sonra sosial şəbəkə hesablarını bağlayıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью