“TRT Haber”: Mənbic PKK/YPG terrorçularından təmizlənir AZƏRTAC

08.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb. Telekanal bununla bağlı məlumatında qeyd edib: “Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib”.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью