TRT ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

02.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib.

Axar.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib.

“Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью