TRT Putinin təhqir edilməsinə imkan vermədi

07.01.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Türkiyənin “TRT World” telekanalı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkoya Rusiya Prezidenti Vladimir Putinin təhqir edildiyi köynəklə efirə qatılmasına icazə verməyib.

Teleqraf.com xəbər verir ki, ukraynalı siyasətçi bu barədə teleqram kanalında yazıb.

“Məndən formamı dəyişməyi istədilər, imtina elədim. Cavabım sadə oldu: ya efirə olduğum kimi çıxıram, ya da çıxmıram. Nəticədə bağlantı ləğv edildi”, - Qonçarenko bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью